Araz çayı üzərində yeni dostluq körpüsü tikiləcək. RePost.Az-ın məlumatına görə, bu barədə Güney Azərbaycan Xudafərin şəhərinin İcra Hakimiyyəti başçısı Əhmədəli Əsədpur məlumat verib. 
 
“Bakı və Tehran arasında Xudafərin məntəqəsində yeni bir körpünün tikiləcəyi barədə razılıq əldə olunub. Körpünün adı İran və Azərbaycan Cumhuriyyətinin dostluq körpüsü olacaq”- deyə icra başçısı bildirib.
 
Əhmədəli Əsədpurun sözlərinə görə, yeni körpünün tikilməsi üçün təxminən 10 milyard tümən məbləğində vəsait tələb olunur, büdcə təmin olacağı təqdirdə körpünün tikintisinə başlanılacaq.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 02.05.2018
Bizi Telegramda izləyin: @repostaz