Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.  
 
Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
 
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.
 
RePost.Az


Baxış sayı: 7765