Tehranda keçirilən kitab sərgisində “Azər türk” nəşriyyatının povilyonu panfarsistlərin hücumuna məruz qalıb.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, irqçilər “türk” sözünün üstündən xətt çəkib, türk millətinin ünvanına ağır soyuşlər yağdırıblar. Eyni zamanda pavliyondakı insanlara fiziki xəsarət yetiriblər. Hadisə polis əməkdaşlarının gözü önündə baş versə də, onlar müdaxilə etməyiblər. 
 
Türklərə hücum edən Höccət Kaleşi adlı panfarsist İnstaqram səhifəsində baş verən hadisə ilə bağlı məlumat yayıb. O, kitabların məzmunundan asılı olmayaraq “Azər türk” sözünün yazılma tərzinin milli maraqların əleyhinə olduğunu qeyd edərək, nəşriyyatın fəaliyyətinə icazə verən İrşad və Mədəniyət Nazirliyindən şikayət edəcəyini bildirib.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 09.05.2018
Bizi Telegramda izləyin: @repostaz