Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevlə Azxeber.com portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov arasında barışıq əldə edilib.
 
Bu barədə RePost.Az-a Hacıbəy Heydərli məlumat verib. Onun sözlərinə görə, artıq  Aydın Əliyev məhkəmə iddiası geri götürüb.
 
"Biz Aydın Əliyev məhkəməyə müraciət etdiyi ilk gündən etibarən məsələnin barışıq və qarşılıqlı anlaşma yolu ilə həllini təklif etmiş və çalışmışıq. Bizə də bəlli olmayan səbəblərdən məsələ bir qədər uzandı. Ancaq nə xoş ki, ictimaiyyətin də barışıq təkliflərindən sonra Aydın Əliyevlə barışıq əldə olundu və o bizə qarşı iddasını geri götürdü. Prosesin gedişində bizə mənəvi dəstəyini əsirgəməyən, eyni zamanda məsələnin həllində vasitəçilik edən bütün dostlara təşəkkür edirəm", - deyə Hacıbəy Heydərli bildirib.
 
RePost.Az

Baxış sayı: 3553