Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
 
Avtomobil Yolları Dövlət Agentliyindən RePost.Az-a verilən xəbərə görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
 
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
RePost.Az

Baxış sayı: 2307 | Tarix: 01.06.2018
Bizi Telegramda izləyin: @repostaz