"Maşın" şou-da daha bir iştirakçı səhvən əlini maşından götürüb. 
 
RePost.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, yarışmanın ötən günki canlı buraxılışında aparıcı Firüzə Cəlilova əlini maşının üzərindən götürüb. 
 
Həmin görüntülər veriliş əsnasında kameraya tuş gəlib. Maşın ətrafında dönmək istəyən Firüzə əlini dəyişərkən səhvə yol verib. 
 
Qeyd edək ki, bir neçə gün öncə Ələkbər Yasamallı da səhvən əlini maşının üzərindən götürmüşdü. Bu hadisədən sonra təşkilatçılar meyxanaçını yarışdan kənarlaşdırmışdı. 
 
RePost.Az


Baxış sayı: 3352 | Tarix: 04.06.2018
Bizi Telegramda izləyin: @repostaz