Restoranlardan biri sənətçilərin adından istifadə edərək Yeni İl gecəsinə bilet satışını həyata keçirib. Lakin həmin müğənnilər orada iştirak etməyəcək. İstiPress xəbər verir ki, bu barədə xalq artisti Aygün Kazımova məlumat paylaşıb. O, həmin sahibkarları fırıldaqçı adlandırıb:
 
"Əziz həmvətənlərim, neçə gündür ki, “Hollywood” restoranında Yeni il gecəsi səhnəyə çıxacağımla bağlı reklam çarxları yayımlanır. Mən bu gün xəbər tutmuşam. Bu yalan məlumatdır. Mənim xəbərim belə olmadan adımı reklam çarxına, afişa və bukletlərinə salıblar. Bu yanlış məlumatdır! Mən Yeni il gecəsi həmin restoranda səhnəyə çıxmayacağam. Bu fırıldaqdır. Həm mənə, həm də ora bilet alanlara qarşı fırıldaqdır. Bu restoranı işlədən şəxslər sizə və mənə qarşı oyun oynayır. Bu məlumatı sizə çatdırmağı özümə borc bildim. Məndən istifadə edə bildilər, heç olmasa siz aldanmayın. Hörmətlə, sizin Aygün".
 
Əldə etdiyimiz digər məlumata görə isə adı reklam çarxında hallanan Elton Hüseynəliyev də Yeni il gecəsi həmin restoranda çıxış etməyəcək.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 30.12.2016
Bizi Telegramda izləyin: @repostaz