Qəbələ rayonunda körpünü sel aparıb.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
 
Daxil olmuş məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salmış, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunmuş, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat başa çatıb.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz