Bu gün 16 gündür ki, ATV kanalında yayımlanan "Maşın” realiti şousunun final gecəsinin olacağı ehtimal olunur.  
 
RePost.Az-ın məlumatına görə, bu axşam müğənni Roza Zərgərli və "viner” Hüseyn Əzizoğoğlu arasında gedən "mübarizə"nin nəticəsi açıqlana bilər. 
 
Əslində maşının yeni sahibinin bir neçə gün öncədən bəlli olduğu bilinirdi. Əldə etdiyimiz məlumata görə, finala çıxan üçlük (Roza Zərfərli, Uran və Hüseyn Əzizoğlu) öz aralarında Rozanın qalib olması barədə razılığa gəliblər. Hətta bunun verilişin rəhbərliyinin də xəbəri olduğu deyilir. Məhz ona görə də, Roza Zərgərlinin xahişi ilə finala bir gün qalmış avtomobilin qırmızı rəngli maşınla əvəz olunduğu bildirilir. 
 
Amma Roza Zərgərlinin Xatirənin rekordunu yeniləmək arzusunda olduğuna görə, finalın daha bir gün məqsədli şəkildə uzadılacağı da istisna olunmur.
 
Qeyd edək ki, Xatirə İslam "Maşın" tarixində fasiləsiz olaraq 72 saat əlini çəkmədən dayanıb. Roza Zərgərli isə maşına sahib olmaqla bərabər Xatirənin rekordunu qırmağı da qarşısına məqsəd qoyub. Əslində bunun Murad Dadaşovun ssenarisi olduğu da deyilir. Çünki MGP final gecəsinin məhz iyunun 15-də, Milli Qurtuluş Gününə planlaşdırsa da, Aytənin vaxtından əvvəl çıxarılması ssenaridə dəyişiklik edilməsinə səbəb olub. Ona görə də Rozanın daha bir gün maşının ətraflında dayanması Murad Dadaşovun planlarına da uyğun gəlir. 
 
RePost.Az

Baxış sayı: 5230