Güney Azərbaycanın Məlikan şəhərindən millət vəkili seçilmiş Salman Xudadadi iş axtaran bir neçə gənc qıza təcavüz etməkdə günahlandırılır. 
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki. ötən illərdə Azərbaycan Milli Hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərən sözdə millət vəkili, bundan əvvəl Məlikan “Sepah”-nin komandiri, Ərdəbil Ettelaat Şöbəsinin rəisi, Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb.
 
Onun cinsi təcavüzdə ittiham olunması ilə bağlı “Herana” xəbər agentliyi xəbər yayılıb.  Z.N adlı 28 yaşlı məlikanlı qız bildirib ki, son 4 il ərzində sözügedən millət vəkili tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb. Azərbaycanlı qız atası vəfat etdikdən sonra maddi problemlərlə əlaqədar iş axtarmağa məcbur olub və bununla bağlı Məlikan Şəhər İcra Hakimiyyətinə müraciət edib. Orada millət vəkili ona Tehranda idarələrin birində iş tapacağına söz verib.
 
Təcavüzə məruz qalan qız nəhayət ki, Parlamentin Təhlükəsizlik Bölümünə müraciət edərək Salman Xudadadiyə aid səs yazısı, SMS və digər sənədləri məsullara təqdim edib.
 
Salman Xudadadi bir neçə dəfə qızla əlaqə saxlayaraq ona hədə-qorxu gələrək şikayətini geri götürməyi tələb edib. 
 
Xatırladaq ki, adı çəkilən millət vəkili bundan əvvəl də öz həmkarı, həmçinin ona müraciət edən xanımlardan birinə cinsi təcavüz etməkdə ittiham olunub. O hətta bu ittihamla bağlı bir müddət müvəqqəti olaraq saxlanılıb. Elə bu səbəbdən Salman Xudayarinin deputatlığa namizədliyi iki dəfə qeydə alınmayıb. Lakin Anayasaya Nəzarət Şurasının müdaxiləsi nəticəsində onun qarşısındakı maneə qaldırılıb və parlament seçkilərində iştirak edib.
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 14.06.2018
Bizi Telegramda izləyin: @repostaz