Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində kütləvi zorlama hadisəsi baş verib.

RePost.Az-ın Günaz Tv-yə istinadən verdiyi məlumata görə, bu barədə İranşəhrin imam cüməsi, mövləvi Məhəmməd Tayyib Mollazehi cümə namazı xütbələrindəki çıxışında açıqlama verib.

Onun sözlərinə görə, son günlər bir neçə şəxsdən ibarət cinayətkar qruplaşma üzvləri şəhərdə 41 qızı oğurlayaraq, qrup şəklində zorlayıblar. Zorlamaların əksəriyyəti Ramazan ayında baş verib. Cinayətkarlar, qızları oğurlayaraq naməlum istiqamətə aparır, qrup şəklində zorladıqdan sonra şəhərin kənarında buraxıb qaçırlar. Onlarda biri saxlanılıb. Mollazehinin dedyinə görə, həmin şəxs, şəhərin zəngin sərmayə sahiblərindən biridir. Cinsi təcavüzdə günahlandırılan cinayətkar dəstənin digər üzvlərinin axtarışı davam edir. 

İranşəhrdə isə minlərlə insan etiraz aksiyaysı keçirərək, cinayətkarların müəyyən olunması və edam edilməsini tələb ediblər.

RePost.Az


Baxış sayı: 10633