ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.
 
Belə ki, ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb. Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyevanın qalmaqalı yenidən böyüyüb.
 
Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib:
 
“Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironqluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Taleh ancaq onu döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?”. 
 
Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:
 
“Döyürdü, əccəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb” .
 
Daha sonra müğənnin qızı Samirə, qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığı iddiasına cavab verib:
 
“Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni ailələr bir-birini istəmirdi. Bu qız artıq zəng edib, qardaşıma deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.
 
Taleh Mirəliyev isə özünün belə müdafiə edib: 
 
“Mən onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən qaçıb Türkiyəyə. Gedib Türkiyədən tapmışam onu. Yaxşı qadın Türkiyəyə qaçar? 2 min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”. 
 
RePost.Az

Baxış sayı: 6103