Daha çox “Renka” kimi tanınan rəqqasə Rəna Ağamuradova bir müddət rəqs edə bilməyəcək. 
 
RePost.Az-ın rəqqasəyə yaxın insanlardan əldə etdiyi məlumata görə, həkimlər ona oynamağı qadağan ediblər. Aldığımız məlumata görə, rəqqasnin belində problem yaranıb. Bu səbəbdən həkimlər müəyyən müddət rəqsə fasilə verməyi məsləhət görüblər.
 
Lakin rəqqasə səhhətində problem yaranması ilə bağlı məlumatların əsassız olduğunu bildirib. O qeyd edib ki, estetik əməliyyat olunub. Ona görə də, bir ay rəqs etməyəcək. Renka hansı nahiyəsində əməliyyat aparıldığını deməyib.
 
RePost.Az
 

Baxış sayı: 4378 | Tarix: 26.06.2018
Bizi Telegramda izləyin: @repostaz