Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
 
Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 2972 | Tarix: 28.06.2018
Bizi Telegramda izləyin: @repostaz