Bu gün səhər saatlarında Türkiyənin Bartın ilində avtomobilə zorla mindirilən qadının qaçırılma anı kameralara düşüb.

RePost.az xəbər verir ki, hadisə Kırtepe məhəlləsində, orta məktəbinin qarşısında baş verib. Məktəbin qarşısında park edilən avtomobildə gözləyən 3 adam bir müddət sonra maşından düşərək gözləməyə başlayıb. Nəqliyyat vasitəsinin yanında dayandırdığı qadınla danışan şəxs bir müddət sonra onu zorla avtomobilə mindirməyə çalışıb. Bu zaman ətrafdakılar avtomobilə tərəf qaçıb. Amma qadını zorla avtomobilə mindirən şəxslər hadisə yerindən sürətlə uzaqlaşıblar.

Şahidlər vəziyyət barədə polisə məlumat veriblər. Dərhal hərəkətə keçən polislər maşını saxlayıb. Şübhəlilər ifadələri alınmaları üçün polis idarəsinə aparılıblar.

Onların dindirilməsinə başlanılıb. 

 


Baxış sayı: 2459 | Tarix: 04.01.2017
Bizi Telegramda izləyin: @repostaz