Türkiyədə yenə də restoranda silahlı insident baş verib.
 
RePost.az xəbər verir ki, hadisə bu gün Türkiyə vaxtı ilə saat 17:30-da İstanbul şəhərində, Fatih Balat ərazisindəki Hisaraltı küçəsində yerləşən restoranda baş verib. Restoranın qarşısında dayanan 34 ZB 0674 nömrə nişanlı ağ maşında olan naməlum şəxslər restoranı atəşə tutublar. Daha sonra həmin maşın oradan uzaqlaşıb.
 
Hadisə nəticəsində restoran sahibi Osman Yılmaz və orada olan Cavit Kadık adlı şəxs yaralanıb. Restoran sahibinin yaraları yüngül olduğundan onun həyatı üçün təhlükə yoxdur. Lakin Cavit Kadık ürək nahiyyəsindən vurulub. Vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı polis araşdırmalara başlayıb.
 

Baxış sayı: 2269 | Tarix: 04.01.2017
Bizi Telegramda izləyin: @repostaz