Bu gün Gəncədə ana ölümü baş verib.
 
RePost.az- ın əldə etdiyi məlumata görə, Gəncə  şəhər  Abbas Səhhət adına 1 saylı xəstəxananın ginekologiya  şöbəsində ölüm hadisəsi qeydə alınıb. 
 
Goranboy rayonunun Yolqullar kənd sakini 1988-ci il təvəllüdlü Aslanova Gülşən abort zamanı narkozdan dünyasını dəyişib. Qeyd edək ki, G.Aslanova 2 uşaq anasıdır.
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.az
 

Baxış sayı: 2284