Dünən Parisdə dünyanın ən məşhur və maraqlı moda şoularından sayılan "Victoria's Secret Fashion Show" keçirilib.
RePost.AZ Milli.Az -a istinadən bildirir ki, şouda podiuma brendin 12 modeli ilə bahəm, dəvət olunmuş supermodellər də çıxıblar.
Həmin supermodellər arasında tatar İrina Şeyk də vardı.
Şouda Ledi Qaqa, Bruno Mars və "The Weekend" oxuyublar.
"Grand Palais"dakı defiled podiuma çıxmış "mələk"lər arasında Kendall Cenner, Jasmin Tusk, Bella Hədid, Cici Hədid, Adriana Lima, Coan Smols, Alessandra Ambrosio və başqaları vardı.
Kaliforniyalı model Jasmin Tusk şounun "ulduz"u kimi təqdim olunan 2,4 milyonluq büstqalteri nümayiş etdirib. Büstqalter 450 karatlıq brilyantlarla və yaqutlarla bəzədilmişdi.
RePost.AZ