“Bozbash Pictures” serialındakı “Təzəgül” obrazı ilə çıxış edən aktrisa Asya Abdullayeva vəfat edib.
 
RePost.Az xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial media hesabında məlumat verib:
 
“Elə indilərdə aldığım məlumata görə,komandamızın sevimlisi,Şəminin Təzəgüliçkası,ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib.
Allah rəhmət eləsin,yaxınlarına,əzizlərinə,övlad və nəvələrinə baş sağlığı diləyirəm”. - İlkin Həsəni qeyd edib.
 
Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 18.07.2018
Bizi Telegramda izləyin: @repostaz