Ötən gecə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” həm də büdcəsini zənginləşdirdi.
 
RePost.Az-ın məlumatına görə, pley-off-da “Şerif”i mübarizədən kənarlaşdıran ağdamlılar 2 milyon 920 min avro qazanıb. Bu isə 5 milyon 799 min 828 manata bərabədir.
 
Qurban Qurbanovun komandası qrupda qazanacağı hər qələbəyə görə 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avrodur.
 
Qeyd edək ki, “Qarabağ” artıq 4-cü dəfədir ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
 
RePost.Az

Baxış sayı: 3200 | Tarix: 31.08.2018
Bizi Telegramda izləyin: @repostaz