Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib.
 
"Report" xəbər verir ki, artıq 6 qrupda 12 görüş keçirilib. Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:0.
 
Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib.
 
"Akhisarspor" isə evdə Rusiya "Krasnodar"ına yenilib - 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.
 
Daha bir türk komandası - Qazaxıstan "Astana"sı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"ya məğlubiyyətdən son anda qurtulmağı bacarıb - 2:2. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Viktor Tsıqankov açıb. Qonaqlardan Marin Aniçiç 21-ci dəqiqədə bərabərlik qolunu vursa da, 45+2-ci dəqiqədə Denis Qarmaş "Dinamo"nu yenidən önə çıxarıb. Bununla belə, 90+5-ci dəqiqədə Roman Murtazayev yenidən hesabda tarazlıq yaradıb.
 
Bu görüşdə "Astana"nın heyətində Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 80-ci dəqiqəyədək meydanda olub. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək oynayıb. O, komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub.
 
Azərbaycanlı Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası isə İtaliyada "Latsio" və Kipr "Apollon"u arasında keçirilmiş qarşılaşmanı idarə edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə Luis Alberto açıb. 84-cü dəqiqədə Çiro İmmobile penaltidən fərqi artırıb. 88-ci dəqiqədə isə Emilio Zelaya təslli qolunu vurub. Ağayev meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərib.
 
Avropa Liqası
 
Qrup mərhələsi, I tur
 
20 senytabr
 
G qrupu
 
20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) - 2:0
 
20:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 2:2
 
H qrupu
 
20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr) - 2:1
 
20:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) - 1:2
 
I qrupu
 
20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) - 3:1
 
20:55. "Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:0
 
J qrupu
 
20:55. "Akhisarspor" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 0:1
 
20:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) - 5:1
 
K qrupu
 
20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) - 2:2
 
20:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya) - 2:1
 
L qrupu
 
20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) - 0:1
 
20:55. "Videoton" (Macarıstan) - BATE (Belarus) - 0:2
 
Qeyd edək ki, qalan 6 qrupda 12 görüş saat 23:00-da start götürüb. 
 
RePost.Az

Baxış sayı: 3181 | Tarix: 20.09.2018
Bizi Telegramda izləyin: @repostaz