Bakının əsas prospektlərindən birində aparılan yol təmirindən sonra sürücülər çətin vəziyyətə düşüblər.
 
Bu barədə oxucumuz BAKU.WS-in “qaynar xətti”nə məlumat verib. Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə gedən körpüdə yol təzə xətlənib.
Yeni xətlənmədən sonra artıq körpüdən gələn avtomobil birbaşa Ağ şəhər istiqamətinə dönə bilməyəcək.
 
Yeni xətlənməyə görə sürücü birbaşa Babək prospektilə hərəkət edə bilər.
 
Əvvəllər belə olmadığı üçün körpüdən gələn sürücülər səhvə yol verirlər.
 
RePost.Az

Baxış sayı: 16846