Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçıran gənc oğlan gəlinin qohumları tərəfindən tutularaq işgəncələrə məruz qalıb.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrədə video görüntülər yayılıb. Bildirilir ki, əmisinin gəlini ilə eşq yaşayan gənc oğlan bir müddət əvvəl öz həyat yoldaşından boşanıb.
 
Daha sonra isə əmisi oğlunun arvadını qaçırıb.
 
Bu hadisədən sonra qaçırılan gəlinin həyat yoldaşı dostları ilə birlikdə oğlanı taparaq çöllük bir əraziyə aparıblar. Həmin şəxslər daha sonra gənc oğlanı ailəsindən boşanıb, əmisi oğlunun arvadını qaçırdığına görə işgəncə verərək döyüblər.
 
“Publika.az” saytının əldə etdiyi məlumata görə, videodakı gənc artıq öldürülüb.
 
Belə ki, əldə etdiyimiz məlumata görə, linç edilən gənc Qubanın Tülər kənd sakinidir. O, 5 gün əvvəl əmisinin gəlini ilə qaçıb. Bir müddət əvvəl həyat yoldaşından boşanan şəxs əmisi oğlunun arvadı ilə qaçandan az sonra tapılıb.
 
Gəlinin əri və dostları onları yaxalayaraq kəndə gətirib. Bu zaman onlar 30 yaşlı Şahini (ad şərtidir) kənd yaxınlığındakı sahədə ayaqlarını bağlayaraq linç ediblər. Daha sonra həmin görüntürlər internetdə yayılıb.
 
Dünən isə kənd ərazisində Şahin növbəti dəfə linç edilib və bir qrup şəxs onu araya salaraq vəhşicəsinə döyüb. Bu zaman qarşılıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.
 
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, yayılan video görüntü və məlumatlar barədə araşdırmalara başlanılıb.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 22.10.2018
Bizi Telegramda izləyin: @repostaz