Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.

RePost.Az-ın məlumatına görə, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir. Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 979