Dünya şöhrətli ulduzlar ayrıldı
 
Hollivud ulduzları 8 aylıq əzəb-əziyyətli müddətdən sonra nəhayət ki boşana biliblər. RePost.az-ın məlumatına görə, Los Anceles məhkəməsi Conni Depp və Ember Hertin ayrılması haqqında qərar verib. 
 
"Əla gündür. Emberin istədiyi tək şey boşanmaq idi. İndi o buna nail oldu. Bizim uzunmüddətli gecə kabuslarımıza son qoyuldu", deyə aktrisanın vəkili bildirib. 
 
Məhkəmə Deppin həyat yoldaşına qarşı qaldırdığı 100 minlik iddiasını da təmin etməyib. 
 
Depp və Hertin boşanma qalmaqalı ötən ilin may ayından başlayıb. Boşanma üçün məhkəməyə müraciət edən aktrisa həyat yoldaşını onu döyməkdə, psixoloji işgəncəyə məruz qoymaqda ittiham etmişdi. Məhkəmə akyora həyat yoldaşına yaxınlaşmağı qadağan etmişdi. 
 
Aktrisa maliyyə yardımı kimi alacağı bütün vəsaiti (7 milyon dollar) məişət zorakılığına məruz qalan qadın və xəstə uşaqların xeyriyyə təşkilatlarına verəcəyini elan etmişdi.
 
RePost.az

Baxış sayı: 2459 | Tarix: 14.01.2017
Bizi Telegramda izləyin: @repostaz