Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Bu barədə RePost.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
 
Rayonlarda dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 
 
Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 
 
Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
RePost.Az

Baxış sayı: 1456