Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.
 
"Azərişıq" ASC-dən RePost.Az-a verilən məlumata görə, Bağlar ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
 
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 14.01.2019
Bizi Telegramda izləyin: @repostaz