“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncama əsasən,  Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
 
Sədr vəzifəsini müvəqqəti olaraq AzTV-nin efirində gedən “Günün nəbzi” və “Həftə” analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədovun icra edəcəyi  icra edəcək.
 
 

Baxış sayı: 3105 | Tarix: 15.01.2019
Bizi Telegramda izləyin: @repostaz