Sabirabad rayonunda 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması oğlanın valideynlərinin sərt etirazına səbəb olub.
 
BAKU.WS xəbər verir ki, onların bərabər yaşamasını qəbul etməyən Elsevərin ata və anası "Səni axtarıram" proqramına gələrək dekabrın 25-dən itkin düşən oğullarının geri qayıtması üçün Xoşqədəmdən kömək istəyiblər. 
 
"Səni axtarıram" verilişi cütlüyü tapıb, efirə gətirib. 
 
Ata öncədən demişdi ki, əgər oğulları həmin qadınla efirə çıxarsa, onu oğulluqdan siləcək. Buna baxmayaraq, oğul sevgilisinin əlindən tutaraq efirə gəlib. Valideynlər onları bir yerdə görərkən daha da qəzəbləniblər. 
 
Elsevərin valideynləri qadına hücum edib, onu döymək istəyiblər. Xoşqədəm onların bu cəhdinin qarşısını araya girməklə alıb. 
 
Elsevərin atası oğlunu "yoldan çıxaran" qadının ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirlərin çoxu efirə getməsə də, atanın ittihamları efirə verilib. 
 
Atanın sözlərinə görə, Aygün onun oğluna təsir və təzyiq göstərib, eləcə də şərləyərək bərabər yaşamağa razı salıb. 
 
Elsevər atasının bu sözlərinə etiraz edərək, Aygünlə öz xoşu ilə bərabər olduğunu, onu sevdiyini bildirib. Sevdiyi qadından ayrılmaq istəməyən gənc ata-anasından imtina etdiyini deyib. 
 
Xoşqədəm Hidayətqızının reaksiyası da maraqlı olub. Aparıcı cütlüyü qınamadığını nümayiş etdirsə də, Elsevərə belə bir sual verib: "Sən heç düşünürsənmi, Aygün vaxtında evlənsəydi, sənin yaşında oğlu olardı?" 
 
Xoşqədəmin bu sözünü eşidən ata, 37 yaşlı Aygünün biri rəsmi, digərləri qeyri-rəsmi olmaqla 4 dəfə ərdə olduğunu açıqlayıb. 
 
Onların bu izdivacı studiyadakı eksperlər və tamaşaçılar tərəfindən xoş qarşılanmayıb. Vəziyyətin gərginləşdiyini görən aparıcı onları studiyadan çıxarıb. 
 
Onu da qeyd edək ki, qohumluq əlaqələri olan 19 yaşlı Elsevərlə 37 yaşlı Aygünün bu münasibəti 2 il əvvəl - Elsevərin 17 yaşı olarkən başlayıb. 
 
RePost.Az

Baxış sayı: 4207 | Tarix: 30.01.2019
Bizi Telegramda izləyin: @repostaz