Problemli kreditlərə verilən güzəştlərin hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası kalkulyator hazırlayıb.
 
RePost.Az xəbər verir ki, kalkulyator həm 21.02.2015 tarixinə, həm də 21.12.2015 tarixinə dollarla olan kreditlər üzrə güzəştləri hesablamağa imkan verir.  
 
Məlumatda göstərilir ki, güzəşt məbləği ilk növbədə, fiziki şəxsin fəaliyyətdə və ləğvetmədəki bütün bank və bank olmayan kredit təşkilatları qarşısında gecikmiş borcların ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir.
 
Bu zaman əsas kredit borcları üzrə cəmi qalıq məbləği kalkulyatorun müvafiq sahəsinə daxil edilir. Əsas kredit borcları dedikdə, kreditlərin əsas məbləğlərinin cəmi nəzərdə tutulur.
 
Digər xarici valyutadakı kreditlərin qalıq məbləği Mərkəzi Bankın həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun şəkildə ABŞ dollarına konvertasiya edilərək, göstərilir.
 
Kalkulyatora BURADAN keçid edə bilərsiniz.
 
RePost.Az
 

Baxış sayı: 3694 | Tarix: 04.03.2019
Bizi Telegramda izləyin: @repostaz