Real Partiyasının sədri İlqar Məmmədovla bağlı şərti məhkum etmə cəzası ləğv edilib.
 
RePost.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmə bu gün qərar çıxarıb.
 
Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzası dəyişdirilib.
 
Belə ki, İlqar Məmmədovu cəzası 5 il 6 ay 9 günə endirilib və o müddət çəkilmiş hesab edilib.
 
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Bu il avqustun 13-də İlqar Məmmədov şərti azadlığa buraxılıb.
 
RePost.Az

Baxış sayı: 2464