Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.
 
Buna baxmayaraq Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tolik onu efirə çıxarıb. Lakin bir müddət sonra MTRŞ-nın müdaxiləsi ilə veriliş yarımçlıq dayandırılaraq Rüfət Axundov efirdən qovulub. Tolik isə BAKU.WS-ə açılamasında ona heç kəs belə bir tapşırıq verməyib. Ümumiyyətlə Rüfət Axundovun verilişdən qovulmadığını söyləyib. 
 
"Reklam vaxtını keçdiyi üçün mahnı yarıda kəsilib. Reklamlara keçid olanda mənim də sözümü yarımçıq kəsib reklam verirlər. Verilişin aparıcısı kimi deyirəm ki, rəsmi olaraq heç kim qovulmayıb. Bizə heç bir tapşırıq gəlməyib ki, filankəsi efirə çıxarın və sonra qovun. Space TV-də baş verən məlum mövzunu müzakirə etdiyimiz üçün Rüfət özü küsüb getdi”.
 
Rüfət Axundovun efirdən qovulduğu anı təqdim edirik:
 
RePost.Az


Baxış sayı: 9385