“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.\
 
“Qafqazinfo”nun məlumatına görə, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:
 
“Gör, sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır”.
 
Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.
 
RePost.Az

Baxış sayı: 3447 | Tarix: 17.04.2019
Bizi Telegramda izləyin: @repostaz