Bərdə şəhərində "Araz minimarket" filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub.
 
Tofiq İsgəndərovun yaxınlarının RePost.Az-a verdiyi eksklüziv məlumata görə, .onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min borclu qalıb. Ona borcun qaytarılması üçün  aprelin 15-dək vaxt verilib. 
 
Lakin o, marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb.
 
Faktla əlaqədar "Araz" marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova RePost.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Əmirova, Tofiqin şirkətə heç bir borcu olmadığını, hadisənin motivinin hüquq-mühafizə orqanı əməkdaşlarının araşdırmasından sonra bəlli olacağını bildirib. 
 
Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 18.04.2019
Bizi Telegramda izləyin: @repostaz