Dövlət Yol Polisi jurnalist Zülfüqar Xeyirxəbəri Böyük Şor şossesuində "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələyib.  

RePost.Az-ın məlumata görə, bu barədə jurnalist öz Facebook səhifəsində məlumat paylaşıb. 

"3-cü zolaqda hərəkət edən Mercedes ML-dir. Mən isə birinci zolaqla hərəkət edirəm. Ağ Ford Tranzitdən zonra birinci maşın (yaşıl oxla işarıələnib).  DYP əməkdaşları əsas planda mənim maşının şəklini veriblər., digər şəkikllərdə ML-i. Cəriməni isə mənə yazıblar", - deyə jurnalist protokola əlavə edilmiş video və şəkillərlə yazdıqlarını sübut etməyə çalışıb.
 
"Bəlkə DYP əməkdşalrı mənə ML (GL) hədiyyə edib, xəbərim yoxdur. Mən də hansısa bir ilhai qüvvə ilə eyni anda hər iki maşını idarə etmişəm, ", - deyə Z.Xeyirxəbər ironiya ilə əlavə edib.
 
RePost,Az 
 


Baxış sayı: 2250 | Tarix: 22.04.2019
Bizi Telegramda izləyin: @repostaz