Ramazan ayının təqvimi açıqlanıb.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) RePost.Az-a verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.
 
Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).
Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.
 
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
 
Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.

RePost.Az

Baxış sayı: 3031