Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır.
 
RePost.Az Trend-ə istinadla məlumat verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.
 
Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.
 
RePost.Az 

Baxış sayı: 2212