Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.
 
Azərbaycan Dəmir Yolları QSC-dən RePost.Az-a verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabahkı gün şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa,
 
Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09-05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09-50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 03.05.2019
Bizi Telegramda izləyin: @repostaz