Müğənni Şəbnəm Tovuzlunun "Gelandewagen" markalı avtomobillə videosu yayılıb. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, müğənni həmkarı Sabina Selcanla magistral yolda ötüşüb. 
 
Sözügedən anlar kameraya çəkilib. Kadrlardan da göründüyü kimi xanımlar bir-biri ilə zarafatlaşır. Daha sonra Şəbnəm Tovuzlu "Gelandewagen"lə sürət yığaraq həmkarını ötür. 
 
Sosial şəbəkələrdə yayılan bu görüntülər birmənalı qarşılanmayıb. İzləyicilədən bəziləri müğənnilərin yolda qəzalı vəziyyət yaratdığını bildirib.  
 
RePost.Az


Baxış sayı: 3599 | Tarix: 08.05.2019
Bizi Telegramda izləyin: @repostaz