Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
 
RePost.Az xəbər verir ki, “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunmuş sammitdə iştirak edən Əliyevlə Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
 
Paşinyan danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib.
 
Növbəti görüşün nə zaman keçirilməsi məsələsi isə müzakirə edilməyib.

Baxış sayı: 3181 | Tarix: 14.05.2019
Bizi Telegramda izləyin: @repostaz