Üzünü görmədiyi atasını axtaran Əfsanə barəsində bəzi faktlar üzə çıxıb.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Gəncədə yaşayan Əfsanənin həyat yoldaşı Arif "Səni axtarıram" proqramında 2 il əvvəl doğulmuş uşağıının satıldığını iddia edib.
 
Arifin iddiasına görə, o, həbsxanada olarkən uşağı dünyaya gəlib. Əfsanə və nənəsi ona uşağın öldüyününü xəbər veriblər. Lakin Arif bu deyilənlərə inanmır və körpəsinin satıldığını düşünür.  
 
Əfsanənin nənəsi Solmaz xanım Arifin söylədiklərinin şər-böhtan olduğunu, uşağın həqiqətən öldüyünü və xəstəxananın Nərmin adlı əməkdaşı ilə birlikdə basdırdığını bildirib. 
 
Qəribə məqam budur ki, Solmaz nənə körpənin meyitini məzarlıqda deyil, Dəmir yolu vağzalının yaxınlığında yerləşən sahibsiz bir ərazidə, hamıdan gizlin bir şəraitdə basdırıb. Yəni heç kimin görməməsi üçün havanın qaralmasını gözləyiblər və yalnız bundan sonra uşağı basdırıblar.
 
Atası-anası bəlli bir körpənin meyitindən belə gizli şəkildə xilas olmağa nə ehtiyac vardır? 
 
Nənənin sözlərinə görə, doğuşdan 2 gün sonra uşağın meyitini ona veriblər. Nərmin adlı xəstəxananın işçisi ona uşağın dəfn olunmasında, daha doğrusu basdırılmasında kömək edib. 
 
Çünki nənə əvvəlcə uşağın İmamzadı məzarlığında dəfn edildiyini desə də, çəkiliş qrupu Gəncəyə getdikdən sonra yalan söylədiyini boynuna alıb və uşağı Nərminlə birlikdə yeni tikililərin olduğu bir ərazidə basdırdığını deyib.
 
Əlbəttə ki, nənənin söylədiklərinə nə Xoşqədəm Hidayətqızı, nə də ekspertlər inanmayıb. Bir tərəfdən də, Əfsanə doğuşdan sonra uşağını görməsə də, öldüyünə inandığı bildirib. Elə nənə də uşağın cəsədi verilən torbanı açmadığını, nəticəsinin üzünə belə baxmadığını deyir.  
 
Nənənin və Əfsanənin özlərini şübhəli aparması Arifin iddialarının doğruluğunu göstərir. Hər halda cinayət işi açılarsa, istintaq daha doğru qərar verə bilər.
 
Qeyd edək ki, Əfsanə ilə Arifin 7 yaşında daha bir oğlu var.
 
RePost.Az


Baxış sayı: 2345 | Tarix: 23.05.2019
Bizi Telegramda izləyin: @repostaz