Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyiti tapılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Onun Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunan Ə.Fərmanov saxlanılaraq istintaqa təhvil verilib.
 
Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 1888