Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlunun dəfn mərasimi keçirilib.
 
RePost.Az xəbər verir ki, 36 yaşlı şəhid Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb. 
 
Mərasimdə Müdafiə Nazirliyinin və digər qurumların rəsmiləri, eləcə də yüzlərlə yerli sakin iştirak edib.
 
Qeyd edək ki, A.Omarov ailəli olub, iki övladı var.
 
RePost.Az

Baxış sayı: 3371 | Tarix: 31.05.2019
Bizi Telegramda izləyin: @repostaz