Bakının Sabunçu rayonunda 3 yaşlı qız itkin düşüb.
 
RePost.Az-ın məlumatına görə, Sabunçu qəsəbəsində azyaşlı Zəhra Bağırzadə dünən evlərinin qarşısında oynayarkən, naməlum şəraitdə yoxa çıxıb.
 
Ətrafdakı müşahidə kameralarına baxılarkən, naməlum kişinin onun əlindən tutaraq, özü ilə apardığı müşahidə olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 05.06.2019
Bizi Telegramda izləyin: @repostaz