AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib. 
 
Bununla bağlı AZAL-ın “Facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib. 
 
Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib. Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq. 
 
Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.
 
 
Təxminən iki saat sonra saat 17:00-da həmin təyyarə   Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb. 
 
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidmətindən bildirilib.

Baxış sayı: 2440 | Tarix: 08.06.2019
Bizi Telegramda izləyin: @repostaz