Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
 
RePost.Az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.
 
Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb.
 
Fuad Rəsulov bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 29.06.2019
Bizi Telegramda izləyin: @repostaz