Ötən gün “Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna məğlub olub.
 
RePost.Az BAKU.WS-ə istinadla xəbər verir ki, R.Ağayev finalda məğlub olaraq Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb.
 
Medalların təqdim edildiyi mərasimdə göz yaşlarını saxlaya bilməyən Rafaelə azarkeşlər alqışlarla dəstək olub. Onun bu görüntüsü sosial şəbəkədə də diqqət çəkib. Əksər izləyicilər Rafaelə dəstək mesajları yazıb.
Qeyd edək ki, beşqat dünya, 11 dəfə Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. O, həmçinin “Bakı 2015” birinci Avropa Oyunlarının çempionu olub.
 
Beləliklə, “Minsk 2019” ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 10-cu yerdə qərarlaşıb. Medalların 5-i qızıl, 10-u gümüş, 13-ü isə bürüncdür.
 
Xatırladaq ki, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək. 
 
RePost.Az


Baxış sayı: 2833