Bu gecə Bakı-Tbilisi sərnişin qatarı qəzaya uğrayıb.
 
RePost.Az-ın məlumatına görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Elektrik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb.
 
Qısaqapanma nəticəsində qatarın hərkəti üçün nəzərdə tutulan yüksək gərginlikli xətt qırılaraq sondan ikinci vaqonun üstünə düşüb. Nəticədə yanğın baş verib.
 
Əraziya yanğınsöndürənlər, xilasedicilər və təcili yardım həkimləri cəlbo lunub.
 
Hadisə xəsarətsiz ötüşüb.
 
Təxminən 2 saatadək davam edən təmir işləri yekunlaşıb və Bakı-Tbilisi sərnişin qatarının hərəkət etdiyi dəmir yolunda elektrik naqillərində yaranmış nasazlıq aradan qaldırılıb. Sərnişin qatarı yola düşüb. 
 
RePost.Az


Baxış sayı: 2329