Əhalinin istehlak etdiyi elektrik enerjisinin tariflərinin dəyişdirilməsindən ardından sosial şəbəkələrdə aylıq işıq pulu ödənişləri ilə bağlı qəbzlər paylaşılır, elektrik enerjisinin qiymətinin artıq hesablandığı iddia edilir.
 
Aktiv sosial şəbəkə istifadəçilərindən olan Vahid Qasımov isə maraqlı bir "Excel" faylı hazırlayaraq, əhalinin evdə istifadə etdiyi hansı cihazın ayda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini hesablayıb.
Bu hesablama qaydasını daha da təkmilləşdirərək işıq pulu qiymətlərinin təxmini hesablanması üçün virtual kalkulyator hazırlayıblar.
 
Bu kalkulyatordan istifadə etməklə əhali evdə istifadə etdiyi məişət cihazlarının nə qədər elektrik enerjisi istehlak etdiyini öyrənəcək. Təqdim etdiyimiz virtual kalkulyator həmçinin əhaliyə enerjiyə qənaət etməyin də yollarını təklfi edəcək. Siz bu kalkulyatorun köməyindən istifadə etməklə hansı cihazı daha səmərəli işlədərək enerjiyə qənaət edə biləcəyinizi müəyyənləşdirəcəksiniz.
 
KALKULUYATORUN İSTİFADƏ QAYDASI
 
Kalkulyatorun hesablama qaydası isə çox sadədir.
 
İstifadə etdiyiniz məişət cihazının adını, onun gücünü və həmin cihazı ayda təxminən neçə saat işlətdiyinizi kalkulyatorun müvafiq bölmələrinə qeyd edirsiniz. Virtual kalkulyator isə sizin cihazınızın ayda neçə kvt/saat elektrik enerjisi istifadə etdiyini və ümumilikdə aylıq istifadə etdiyiniz enerjinin sərfiyyatını hesablayır. Kalkulyator həmçinin elektrik enerjisinin güzəştli hesablanan hissəsini də ümumi həcmdən çıxaraq, aylıq işıq pulunuzun neçə manat etdiyini təxmini göstərir.
 
RePost.Az

Baxış sayı: 3276 | Tarix: 18.01.2017
Bizi Telegramda izləyin: @repostaz