Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
 
“Azəriqaz” İstehsalat Birliyindən RePost.Az-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.
 
Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq.
 
Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq. 
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 23.07.2019
Bizi Telegramda izləyin: @repostaz